Belçikadan olan könüllülərin ilk partiyası Ukraynada Rusiyaya qarşı döyüşmək üçün yola düşüblər.
Axar.az xəbər verir ki, bu barədə “Euobserver” Ukrayna səfirliyinə istinadən məlumat yayıb.
“Yeddi nəfər Brüsseldən Polşa-Ukrayna sərhədinə doğru yola düşüb”, – nəşr yazır.
Daha 18 nəfərin də yaxın günlərdə ərizələrini təqdim edib müsahibələrdən keçdikdən sonra Ukraynaya gələcəyi gözlənilir.