Moskvanın Qaqarinski bələdiyyə dairəsinin Deputatlar Şurası Ukraynaya qarşı başlayan müharibəni pisləyib və Vladimir Putinə qoşunları dərhal oradan çıxarmağa çağırıb.
Axar.az xəbər verir ki, deputatlar Rusiya prezidentinə göndərdikləri məktubda Ukraynaya müdaxiləni fəlakət adlandırıblar.
"Bu, ölkənin deqradasiyasına və yoxsullaşmasına aparan yoldur. Başqa heç bir hərəkət Rusiya iqtisadiyyatına bundan böyük ziyan vura bilməz", - məktubda deyilib.