Rusiya ordusu Ukraynada xüsusi əməliyyatını davam etdirir. Əsas tapşırıq – Rusiyanı Qərbin hərbi təhdidindən qorumaqdır.
Axar.az xəbər verir ki, bu sözləri Rusiya müdafiə naziri Sergey Şoyqu deyib.
Onun sözlərinə görə, Rusiya Silahlı Qüvvələrinin bölmələri qarşıya poyulan hədəfə çatana qədər xüsusi əməliyyatı davam etdirəcək.
Əsas məqsədin Ukraynanın demilitarizasiya və denasifikasiyası olduğu və Donbasın müdafiə edildiyini vurğulayan Şoyqu bildirib:
“Rus ordusu Ukraynanı işğal etmir, mülki insanların təhlükəsizliyini təmin edir. Xüsusi olaraq vurğulayıram ki, yüksək dəqiqlikli silahlarla yalnız hərbi obyektlərə zərbələr endirilir”.