Rusiyanın Ukrayna ilə müharibəsi Vladimir Putinin təsəvvür etdiyindən daha təhlükəli avantüraya çevrilir.
Axar.az xəbər verir ki, bu barədə Böyük Britaniya Baş nazirinin müavini Dominik Raab deyib.
O bildirib ki, Britaniya artıq Rusiyaya qarşı sanksiyalar paketini təqdim edib və bu, Putinin davranışına təsir göstərməlidir:
“Rusiyanın Ukraynaya müdaxiləsinin uğursuzluğa düçar olması üçün əlimizdən gələni edəcəyik”.
O, Rusiyaya qarşı tətbiq edilən bütün sanksiyalardan sonra Putinin özünü daha aqressiv apara biləcəyindən ehtiyat etdiyini də vurğulayıb.