Rusiya bütün bütün tədbirləri görür ki, Ukraynada nüvə silahı peyda olmasına imkan verməsin.
Axar.az xəbər verir ki, bu sözləri Rusiya XİN rəhbəri Sergey Lavrov deyib.
Qeyd edək ki, Prezident Zelenski Ukraynanın 1994-cü il Budapeşt sazişindən çıxa biləcəyini və nüvə yaratmaq imkanına baxacağını bildirmişdi. Buna səbəb kimi isə həmin sazişlə nüvə silahından imtina etməsi müqabilində onun suverenliyinə zəmanət verən Rusiyanın Ukrayna ərazisini işğal etdiyini göstərmişdi.