Volodimir Zelenski canlı bağlantı ilə Avropa Parlamentinə müraciət edib.
Axar.az xəbər verir ki, müraciət dünyanın bir çox tanınmış televiziya kanalları ilə canlı yayımlanıb.
özlərini, uşaqlarını, müstəqilliklərini qorumaq üçün savaşdıqlarını bildirən Zelenski AB ölkələrinə Ukraynanın yanında olmalarını göstərmələrini xahiş edib və ölkəsinin AB-yə qəbuluna səs verməyə çağırıb.
Zelenskinin çıxışı böyük alqışlarla dəstəklənib.