ABŞ-ın "Google" şirkəti "YouTube" videohostinqində Rusiyanın RT (Russia Today) telekanalı və "Sputnik" agentliyi ilə bağlı kanalları bağlamaq qərarı verib.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə "Google"un Avropa bölməsi bildirib.
"Ukraynada davam edən müharibə ilə əlaqədar biz bütün Avropa boyunca RT və "Sputnik"lə bağlı kanalları dərhal bloklayırıq. Bu prosesi reallaşdırmaq üçün bizim sistemlərimizə müəyyən vaxt tələb olunacaq", - deyə məlumatda bildirilir.