Yunanıstan bu gün Polşa vasitəsilə Ukraynaya hərbi ləvazimatlar və humanitar yardım göndərəcək.
Axar.az xəbər verir ki, bu barədə Yunanıstanın Nazirlər Kabineti bəyanat yayıb.
“Yunanıstan Ukraynanın tələbinə cavab olaraq NATO və onun Avropa Birliyindəki müttəfiqləri ilə məsləhətləşib. Yunanıstan çətin vəziyyətdə olan Ukrayna xalqı ilə həmrəylik nümayiş etdirərək 2 C-130 nəqliyyat təyyarəsilə hərbi təchizat və humanitar yardım göndərəcək", - bəyanatda bildirilib.