Rusiya Ukraynada qan axıdılmasının qarşısını almaq üçün sülh danışıqlarına hazırdır.
Axar.az xəbər verir ki, bu sözləri Kiyevlə danışıqlar üçün Belarusa göndərilən nümayəndə heyətinin üzvü, Rusiya XİN rəhbərinin müavini Andrey Rudenko deyib.
“Harda yığışmaq problem deyil, məsələ nə ilə getməkdir. Biz sülh haqda danışmağa hazırıq, biz qan tökülməsinin qarşısını almaq üçün şərtləri müzakirəyə hazırıq”, - o bildirib.
Qeyd edək ki, Rusiya Ukrayna ilə sülh danışıqları üçün Belarusun Qomel şəhərinə nümayəndə heyəti göndərib. Kiyev isə Belarusda hər hansı danışıqlarda iştirak etməyəcəyini açıqlayıb.
Daha sonra isə Kiyev danışıqlardan imtina etməsinə səbəb kimi Rusiyanın Ukrayna ordusuna silahı yerə qoymağı şərt kimi irəli sürməsini göstərib.
Rusiya nümayəndə heyəti saat 15:00-a qədər gözləyəcəyini bildirib.