Sum şəhərində rus tankları mülki insanların olduğu avtobusu atəşə tutub.
Axar.az xəbər verir ki, bu barədə Sum vilayət administrasiyasının rəhbəri Dmitri Jivitski məlumat verib.
“Axtırka rayonunun Çupaxovka və Dovjik kəndləri arasında rus tankları mülkilərin olduğu avtobusu vurub. Təcili yardım maşınları da əraziyə buraxılmır”, - Jivitski bildirib.