Rusiya ordusu Kiyevin Svyatoşinsk rayonuna soxulmağa çalışır.
Axar.az xəbər verir ki, bu barədə Ukrayna Milli Qvardiyasının sürətli reaksiya briqadasının mətbuat-zabiti Xariton Starski deyib.
“10:40-a (Bakı vaxtı ilə 12:40) olan məlumata görə, Priirpenya və Buçi ərazilərində ağır döyüşlər gedir. Onların həmin ərazidə texnikaları işləyir. Onlar Kiyevin Svyatoşinsk rayonuna soxulmağa çalışır. Bu, İrpen istiqamətidir. Onları qarşılamağa hazırlaşırıq. Biz işğalçını qarşılamaq üçün Kiyevə olduqca böyük qruplaşma cəlb etmişik”, - o bildirib.
O bildirib ki, Kiyev düşmən üçün evə qayıtmayacağı yer olacaq:
“Əhalinin sığınacaq və evlərdən çıxmaması lazımdır. Metro stansiyaları və zirzəmilər təhlükəsizdir”.