Almaniyanın keçmiş kansleri Villi Brandt hakimiyyətə gəlməmişdən əvvəl ABŞ ordusunun Əks-Kəşfiyyat İdarəsi üçün çalışıb.
Axar.az xəbər verir ki, bu barədə Almaniyanın “Der Spiegel” nəşri iddia edib.
“Almaniyada Sosial Demokrat Partiyasından kansler seçilən Villi Brandt bu vəzifəsindən əvvəl ABŞ ordusunun Əks-Kəşfiyyat İdarəsində (1948-ci ildən 1952-ci il martın 17-nə qədər) işləyib”, - nəşr yazır.
Nəşr idarənin məxfiliyi aradan qaldırılan 1 iyun 1952-ci il tarixli siyahını əldə etdiyini bildirir:
“Siyahıda yer alan alman və avstraliyalı üzvlər amerikalı tarixçi Tomas Bodhardt tərəfindən araşdırılıb. Tarixçinin sözlərinə görə, Villi Brandt ABŞ-a xidmətlərinə görə bir qızıl dəyərində idi”.
İddia olunur ki, Brandt Sovet ordusunun gəmiqayırma zavodları, fabrikləri, dəmir yolu sistemi və telefon şəbəkələri haqqında da ABŞ-a məlumat verib. Həmçinin o, Əks-Kəşfiyyat İdarəsinin rəsmi nümayəndələri ilə 4 il müddətində 200-dən çox görüş keçirib.
Xatırladaq ki, 1969-1974-cü illərdə Almaniyanın kansleri olan V.Brant 1992-ci ildə dünyasını dəyişib.