Gürcü Arzusu Partiyası Baş nazir İrakli Qaribaşvilinin yaxın günlərdə istefaya gedəcəyi barədə xəbərləri qəti şəkildə təkzib edib.
Axar.az xəbər verir ki, Qaribaşvilinin istefaya gedəcəyi barədə şayiə səhiyyə naziri Yekaterina Tikaradzenin istefaya getməsindən sonra yayılıb. İddia edilib ki, Qaribaşvilinin hakim partiya liderləri ilə konflikti var.
Partiyanın sədri İrakli Kobaxidze yayılan xəbərlərin yalan olduğunu deyib.
Qeyd edək ki, Qaribaşvili 2021-ci ilin fevralında Georgi Qaxariyanın istefasından sonra hökumətə başçılıq edir.