Buenos-Ayresın əsas beynəlxalq hava limanında Argentina millisinin sabiq futbolçusu və baş məşqçisi Dieqo Maradonanın yeni heykəli qoyulub.
Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə ölkənin hava limanlarını idarə edən "Aeropuertos Argentina 2000" mətbuat yayıb.
"AA2000 Ezeiza Beynəlxalq Hava Limanında" Maradonanın 1986-cı ildə Meksikada keçirilmiş dünya çempionatındakı obrazını əks etdirən 10 nömrəli heykəlin açılışı olub", - deyə məlumatda deyilir.
AA2000-nin sahibi Eduardo Ernekian şəxsən Maradonaya onun heykəlini ucaltmağı təklif edib, mərhum oyunçu isə Ezeiza hava limanında olmasını istəyib.
Qeyd edək ki, Dieqo Maradona 2020-ci il noyabrın 25-də 61 yaşında vəfat edib. Onun ölümünə ürək çatışmazlığı səbəb olub. Maradona 1981 - 1982 və 1995 - 1997-ci illərdə "Boka Xuniors"da çıxış edib.