Şimal Axını-2 qaz kəmərinə qarşı sanksiyalar yanacağın qiymətinin artmasına səbəb olacaq.
Axar.az xəbər verir ki, bunu İtaliyanın Baş naziri Mario Draqi deyib.
"Qazın qiymətini geosiyasi səbəblər diktə edə bilər. Əgər o, Aİ-nin sanksiya aparatının bir hissəsinə çevrilərsə - ümid edirik ki, buna ehtiyac olmayacaq - qazın qiymətlərinə təsiri çox olacaq", - Draqi qeyd edib.