Bu ilin yanvar-oktyabr aylarında Ədliyyə Nazirliyinin qeydiyyat şöbələri tərəfindən 46100 nikaha daxilolma və 14316 boşanma halı qeydə alınıb.
Bu barədə Axar.az-a Dövlət Statistika Komitəsindən məlumat verilib.
Qeyd olunub ki, əhalinin hər 1000 nəfərinə 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə nikahların sayı 3,5-dən 5,5-ə, boşanmaların sayı isə 1,5-dən 1,7-yə qədər artıb.