Hakerlər Hindistanın Baş naziri Narendra Modinin rəsmi Tvitter səhifəsini sındırıb.
Axar.az xəbər verir ki, bu barədə Hindistanın Baş nazirinin ofisi məlumat yayıb.
Hesab sındırıldıqdan sonra Hindistanın bitkoini ödəniş vasitəsi kimi tanıdığına dair saxta tvit yazılıb.
Ofisdən bildirilib ki, saxta tvit hesabda az müddət qalıb və hazırda Modinin səhifəsi tam bərpa olunub.