“Vikiliks”in rəhbəri Culian Assanc Londondakı Berlmarş həbsxanasında insult keçirib.
Axar.az xəbər verir ki, bu barədə onun həyat yoldaşı Stella Morris məlumat verib.
Onun sözlərinə görə, Assanc oktyabrın 27-də Londonda Ali Məhkəmənin iclasında videoəlaqə zamanı insult keçirib.
Morris bildirib ki, insult davam edən məhkəmə çəkişmələrinin stressi və sağlamlığın ümumi pisləşməsi səbəbindən baş verib.
İnsult Assancın səhhətinə ciddi ziyan vurub. Onun sağ göz qapağının sallanması, yaddaş problemləri və nevroloji zədələnmə əlamətləri var. Assanc maqnit-rezonanas tomoqrafiyasından keçib və insult əleyhinə preparatlar qəbul edir.
Böyük Britaniya Ədliyyə Nazirliyi məsələ ilə bağlı şərh verməkdən imtina edib.