İqlim dəyişikliyi hazırda həm ABŞ, həm də dünya üçün təhlükə kəsb edir.
Trend-in "CNN"ə istinadən verdiyi məlumata görə, bunu ABŞ Prezidenti Cozef Bayden "İda" qasırğasının vurduğu ziyanı qiymətləndirmək üçün ölkənin şimal-şərqinə səfəri zamanı deyib.
C.Bayden bildirib: "Alimləri, iqtisadçıları, milli təhlükəsizlik üzrə mütəxəssisləri dinləməliyik. Onlar hamısı ölkəmizin və dünyanın təhlükədə olduğunu deyirlər. İqlim dəyişikliyi həyatımıza, iqtisadiyyatımıza ekzistensial təhlükə kəsb edir və bu təhlükə artıq buradadır, vəziyyət daha yaxşı olmayacaq".
Onun sözlərinə görə, indi yalnız zədələnmiş və ya dağılmış infrastrukturu bərpa etmək deyil, həm də ölkədə getdikcə daha çox baş verən fövqəladə təbii hadisələri nəzərə alaraq yeni obyektlər tikmək lazımdır.