Qərbi Azərbaycan əyalətinin kürd əsilli valisi Məhəmməd Sadiq Mötəmedianın Tehrana vali təyin edilməsindən sonra digər kürd əsilli şəxsin - Qasım Süleymaninin onun yerinə vali təyin edilməsi ilə bağlı təklif azərbaycanlı millət vəkillərinin etirazına səbəb olub.
Şimali Koreya qoşunlarının Ukraynadakı müharibədə görünməsi NATO-nu öz qoşunlarını onun müdafiəsinə göndərməyə məcbur etməyəcək, lakin bu, tərəfdaşlarını Rusiyaya qarşı uzaqmənzilli zərbələrə qoyulan məhdudiyyətləri aradan qaldırmağa sövq edə bilər.