![]() |
![]() |
Ermənistan və Niderland strateji əməkdaşlıq haqqında bəyannamə imzalayıb.
Axar.az xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan niderlandlı həmkarı Kaspar Veldkampla birgə bəyanatında deyib.
“Sənəd çoxsaylı sahələri əhatə edir, siyasi və iqtisadi əlaqələrin gücləndirilməsi, infrastrukturun inkişafı, hibrid təhdidlərə qarşı mübarizə də daxil olmaqla, kibertəhlükəsizlik sahəsində əməkdaşlığı, qanunun aliliyini və bundan az əhəmiyyətli olmayan insanlar arasında təmasları nəzərdə tutur”, - o bildirib.
Qeyd edək ki, sənəd Niderland XİN rəhbərinin İrəvana səfəri zamanı imzalanıb.