![]() |
![]() |
Belarus Prezidenti Aleksandr Lukaşenko Minskin Rusiya, ABŞ və Ukrayna prezidentləri arasında danışıqları təşkil etməyə hazır olduğunu bəyan edib.
Axar.az xəbər verir ki, o, bu barədə amerikalı bloger Mario Naufala müsahibəsində deyib.
“Zelenskini inandırıb razılığa gəlməliyik, çünki onun arxasında Ukrayna cəmiyyətinin böyük bir hissəsi dayanır. Ona görə də razılığa gəlməliyik. İstəyirsiniz, gəlin. Budur, Belarus sərhədindən Kiyevə qədər 200 km məsafədir. Təyyarə ilə yarım saat. Gəlin. Gəlin, burada oturaq. Sakitcə, hay-küysüz, qışqırmadan razılığa gələk. Ona görə də Trampa deyin: mən onu burada Putin və Zelenski ilə birlikdə gözləyirəm. Oturub sakitcə razılığa gələk. Əgər danışıqlar istəyirsinizsə”, - o bildirib.