Son xəbərlər

 

Bu gün Od çərşənbəsidir.

 

Axar.az xəbər verir ki, Od çərşənbəsi Novruz bayramının ikinci çərşənbəsidir.

Od çərşənbəsinə qədimdə “Üskü çərşənbə”, “Üskü gecəsi” də deyilib. Od qədim Azərbaycan xalqının təfəkkürüncə, işıqlı sabah, xeyir-bərəkət rəmzi olub. Bu çərşənbədə tonqallar daha möhtəşəm yandırılar, alovu ruhi arınma mərhələsinin sonu sanıblar. Qədim dövrlərdə Od çərşənbəsində tonqalı hündür yerdə-dağ, təpə başında qalayar, bütün el həmin tonqalın başına yığışarmışlar. Odunlar yenicə alışmaya başlayanda qız-gəlin odun şərəfinə nəğmələr söylərmişlər.

Günәş istisini arzulayan ulu babalarımız od çәrşәndәsindә sübh tezdәn Günәşә qurban aparardılar. Böyük tonqal qalayıb günәşin çıxmasını gözlәyәr, odun şәrәfinә nәğmәlәr oxuyardılar. Onların düşüncəsinə görə, Günəşi nə qədər əzizləsəydilər, qarşıdakı il bir o qədər xoş keçər, təbiət bir o qədər dirilərmiş.

Od çәrşәnbәsinin maraqlı mәrasimlәrindәn biri dә il boyu ailә üzvlәrindәn birini itirmiş evlәrin qarşısında tonqal qalamaqdı. Od yandırmaqla hәmin ailәnin saxladığı yas mәrasiminә son qoyulardı.

Qeyd edək ki, martın 11-də Yel, martın 18-də isə İlaxır çərşənbə - Torpaq çərşənbəsi qeyd olunacaq.

Yaz fəslinin Azərbaycana gəlməsi isə martın 20-si Bakı vaxtı ilə saat 13:01:25-ə təsadüf edəcək. Bu zaman gecə ilə gündüz bərabərləşir.

Qeyd edək ki, bu il Novruz və Ramazana bayramları ard-arda gəlir. Baş nazir Əli Əsədovun imzaladığı qərara əsasən, iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2025-ci il 27 və 28 mart iş günləri ilə müvafiq olaraq 10 mart və 1 aprel istirahət günlərinin yerləri dəyişdirilib.

Beləliklə, 27-28 mart da istirahət günü hesab ediləcək.

29-30 mart tarixləri isə şənbə və bazar günlərinə düşür. Martın 30-u və 31-i Ramazan bayramı qeyd olunur.

Bununla da martın 20-dən aprelin 1-dək Azərbaycanda qeyri-iş günü hesab olunacaq.

05 Mart 2025 Bu gün Türkiyə-Azərbaycan üçün önəmli bir gündür - Əliyev
05 Mart 2025 Bununla Naxçıvanın təhlükəsizliyini təmin edəcəyik - Prezident
05 Mart 2025 Bu, Naxçıvanın ehtiyacını 30 il qarşılayacaq - Ərdoğan
05 Mart 2025 Ərdoğan Azərbaycanı təbrik etdi
05 Mart 2025 Sumqayıtda 5 elektrikli avtobus istehsal ediləcək
05 Mart 2025 Çətin günlərdə Azərbaycan necə yanımızda oldusa... - Ərdoğan
05 Mart 2025 İran ovunmur: Vilayəti də Türkiyəyə “xəbərdarlıq” etdi
05 Mart 2025 AB və ABŞ birgə sammit keçirə bilər
05 Mart 2025 Ədalət Verdiyevin məhkəməsi başladı
05 Mart 2025 PKK-nın özünü buraxacağı tarix açıqlandı
05 Mart 2025 “Traktor” 1/4-də Ərəbistan komandası ilə qarşılaşdı
05 Mart 2025 FHN-dən qar uçqunu təhlükəsi ilə bağlı xəbərdarlıq - Video
05 Mart 2025 Mal əti adıyla at ətindən dönər hazırlanırmış - Foto
05 Mart 2025 Fransa ermənilərə dəstək verir, İran isə pusquda durub... - Kara
05 Mart 2025 Trampa deyin, onu gözləyirəm - Lukaşenko
05 Mart 2025 Onlar Qəzzaya nəzarəti bərpa etməlidir - Sisi
05 Mart 2025 Şamanların 2025-ci il üçün qorxulu PROQNOZU: Bu ərazilərdə FƏLAKƏT olacaq
04 Mart 2025 Papa yenidən süni tənəffüs aparatına qoşuldu
04 Mart 2025 Ukrayna silah istehsalını artırır - Şmıqal
04 Mart 2025 Belə vəziyyətlərə necə uyğunlaşmağı bilirik - Podolyak
04 Mart 2025 Tramp Putinə tərəfdaş, Zelenskiyə düşmən kimi yanaşır - KİV
04 Mart 2025 Trampdan sonra AB də Ukraynaya hərbi yardımı dayandırdı
04 Mart 2025 Rusiyaya kədərdən başqa heç nə verməmişəm - Tramp
04 Mart 2025 İranda yanacağın qiyməti artırılır
04 Mart 2025 Bu ərazilərdən quş ətinin idxalına məhdudiyyət qoyuldu
04 Mart 2025 Təbriz Universitetinin müəllimləri Pezeşkiana müraciət etdi
04 Mart 2025 Şahbaz Şərifdən Azərbaycanla bağlı tapşırıq
04 Mart 2025 Rusiya-ABŞ yaxınlaşması: Paşinyanın kursu iflasa uğrayacaq
04 Mart 2025 Bu içkilər kokain asılılığına bərabərdir
04 Mart 2025 Nazirlikdən od çərşənbəsi ilə bağlı əhaliyə müraciət - Video