Azərbaycanla Avropa Birliyi arasında əməkdaşlıq əlaqələri geniş gündəliyə malikdir və enerji, o cümlədən yaşıl enerji, nəqliyyat, ticarət və digər sahələri əhatə edir.
Avropanın enerji təhlükəsizliyinin təminatında Azərbaycanın mühüm rolu danılmazdır.
Axar.az xəbər verir ki, bu sözlər Prezident İlham Əliyevin Avropa Birliyi Şurasının Prezidenti Antonio Koştaya ünvanladığı təbrik məktubunda əksini tapıb.
"İnanıram ki, Azərbaycanla Avropa Birliyi arasında siyasi dialoqun, iqtisadi-ticari əməkdaşlığın və mədəni mübadilələrin qarşılıqlı maraqlarımıza uyğun olaraq bundan sonra da inkişaf etməsi, konstruktiv tərəfdaşlığımızın möhkəmlənməsi üçün birgə səylər göstərəcəyik", - İlham Əliyev məktubunda yazıb.