“Dərəçiçək MTK” bir mənzili 2 nəfərə satıb













“Dərəçiçək MTK” adı ilə fəaliyyət göstərən tikinti şirkəti Bərdə rayon sakinini aldadıb.

Minval.info xəbər verir ki, onlar bir evi iki nəfərə sataraq dələduzluq ediblər. Bu barədə saytımıza Bərdə rayon sakini Fərid adlı şəxs müraciət edib.

O bildirib ki, 11 mart 2013-cü ildə Yasamal rayonu, Şərifzadə küçəsi 571-ci məhəllədə inşa edilən çoxmərtəbəli mansardlı yaşayış binasının üçüncü bloku, 11-ci mərtəbədə yerləşən 2 otaqlı, 92 kvadratmetr sahəni əhatə edən mənzilə 38 min dollar pul ödəyərək, sahib olub. Lakin bir müddət sonra məlum olub ki, sözügedən mənzildə başqa adam da yaşayır. Yəni mənzil eyni anda iki şəxsə satılıb.

“Dərəçiçək MTK”nın səlahiyyətli şəxsləri Fəridi aldadaraq, onun pulunu mənimsəyib. İndi isə onun verdiyi pul əvəzində ev vermək niyyətində deyillər.

Bu məsələ ilə bağlı telefonlara cavab verilmir, binaya yaxınlaşmağa isə icazə yoxdur.

Şikayətçi müvafiq orqanlara da müraciət edib. Ona məsələnin araşdırılacağı deyilib.

Qeyd edək ki, “Dərəçiçək MTK” ilə bağlı gələn şikayətlər tək bundan ibarət deyil. Müxtəlif illərdə bu şirkətlə bağlı xeyli sayda müraciətlər olub.“Dərəçiçək MTK” bir mənzili 2 nəfərə satıb“Dərəçiçək MTK” bir mənzili 2 nəfərə satıb“Dərəçiçək MTK” bir mənzili 2 nəfərə satıb
Mərdəkandakı uşaq evi ilə bağlı şok ittiham – Nazirlik hərəkətə keçdi















Kimya müəlliməsi Leyla Ucalın sosial şəbəkədə Mərdəkanda yerləşən valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün nəzərdə tutulmuş 2 saylı internat məktəbi haqqında yazdıqları geniş müzakirələrə səbəb olub.

Qafqazinfo xəbər verir ki, 2017 ildə 2 həftə sözügedən məktəbdə dərs keçən gənc müəllim müşahidələrini ictimaiyyətlə bölüşüb. Bildirib ki, məktəbdə uşaqların yaşadığı problemlər, onun qarşılaşdığı qanunsuzluqlarla bağlı Təhsil Nazirliyinə şifahi və yazılı müraciət etsə də, ondan maddi sübut (video və ya səs yazısı) istənilib.

L. Ucalın yazısından bəzi qeydləri təqdim edirik:

“Məktəbdə müəllimlər (direktor, direktor köməkçisi daxil) toplu şəklində uşaqları təhqir edir, şəxsiyyətlərini alçaldırdılar. Uşaqları divara çırpan, qapazlayan, qızların saçını yolan müəllimlər görmək adi hal idi.

Şagirdlərə kitab yalnız 45 dəqiqə ərzində paylanıb dərs sonunda yığılırdı. Buna etiraz etdiyim zaman müavin mənə dedi ki, uşaqlar vəhşidir, kitabları versələr, cıra bilərlər. Halbuki oxumaq istəyən uşaqlar var idi, amma yazıqların əllərinə kitabı verəndə o qədər minnət qoyurdularki, uşaqlar oxumaqdan soyuyurdu.

Məktəbdə dərs keçən bir mən, bir də rus dili müəlliməsi idi. Digər heç bir müəllim dərs keçmədi mən orda olduğum müddətdə. Fizika müəllimi direktor müavini idi. Uşaqlar deyirdi ki, bu adam öz dərsinə ildə iki dəfə girir -ilin əvvəlində və ilin sonunda.

Bunun nəticəsidir ki, məktəb tarixində 1 nəfər də olsun universitetə daxil ola bilməyib.

Məktəbin psixoloqu direktorun sürücüsü idi. O, tez-tez uşaqları heç bir əsas olmadan dərsdən çıxarıb fiziki iş görməyə aparırdı.

Uşaqlara gələn keyfiyyətli qidalar satışa çıxarılır, elə onları da uşaqlar daşıyırdı.

5 saat dərsimin hər saatı bir günə salınmışdı, Mənə bildirildi ki, hər ay direktor müavininə 50 manat versəm, dərsim 2 günə salınar. Bütün bu rahatlıq direktorun icra başçısı ilə çox yaxın olmasından gəlirmiş.

İnternətdə yerləşdirilən bütün şəkillər şou xətrinə çəkilirdi. Tədbirlərdə maddi sübut olsun deyə həqiqətən də incəsənət, musiqi dərsləri keçirilirdi. Amma yenə də məqsəd uşaqlarda qabiliyyət formalaşdırmaq yox, rəsmi qonaqlar olanda onları musiqi ilə əyləndirə bilmək olurdu”.

Hazırda saytın əməkdaşları ittihamlara cavab tapmaq üçün 2 saylı internat məktəbinə baş çəkib. Təhsil Nazirliyinin nümayəndəsi, De-institutlaşma və Uşaqların Müdafiəsi İdarəsinin müdir müavini Həbib Kərimov da sözügedən məktəbdədir.

H. Kərimov qeyd edib ki, məsələ ilə bağlı komissiya yaradılıb: “Araşdırma başlanılıb. Nəticələrlə bağlı ictimaiyyətə məlumat veriləcək”.
30 şəhər və rayonda buraxılış imtahanı keçiriləcək — DİM














Aprelin 21-də Mingəçevir, Şəmkir, Gədəbəy, Ağstafa, Qazax, Tovuz, Balakən, Zaqatala, Qax, Yardımlı, Cəlilabad, Masallı, Lerik, Göyçay, Ağdaş, Ucar, İsmayıllı, Qobustan, Ağcabədi, Xocavənd, Füzuli, Beyləqan, Salyan, Neftçala, Hacıqabul, Qusar, Quba, Siyəzən, Xızıda,həmçinin Bakı şəhərində yerləşən xüsusi məktəblərdə – internat məktəblərində, tədrisi ingilis dilində olan məktəblərdə, Çilov adasında yerləşən məktəbdə, cəzaçəkmə müəssisələrində təhsilalanlar üçün tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçiriləcək.
Dövlət İmtahan Mərkəzinin mətbuat xidmətindən verilən məlumata görə, buraxılış imtahanında iştirak edəcək şagirdlər https://www.e-gov.az/az/services/read/2516/0?tqdk_... linkindən istifadə etməklə özlərinin imtahana buraxılış vərəqəsini, təhsil müəssisələri isə bütün şagirdlərin imtahana buraxılış vərəqələrini çap edə bilərlər.

Şagirdlər iş nömrəsini təhsil aldıqları məktəbdən öyrənə bilərlər.
Buraxılış vərəqəsini çap üçün kompüterə Adobe Reader proqramı quraşdırılmalıdır və brauzerin “Pop-up blocked” sahəsindən qeyd işarəsi götürülməlidir. Şəxsiyyəti təsdiq edən sənədində şəkli olmayan şagirdlərə buraxılış imtahanı üçün təhsil müəssisəsi tərəfindən verilməli olan arayışı DİM-in saytından yükləmək olar.

Şagirdlər özlərinin imtahana buraxılış vərəqəsini çap edə bilərlər. Təhsil müəssisələri isə bütün şagirdlərin imtahana buraxılış vərəqələrini çap edə bilərlər.
Problemli kreditləri olan vətəndaşlara ŞAD XƏBƏR















Bu gün problemli kreditlər üzrə təzminat alacaq bütün vətəndaşların siyahısı hazır olacaq.
Daha öncə Trend-ə Maliyyə Bazarlarına Nəzarət Palatasından bildirildiyi kimi, bütün məlumatlar xüsusi portalda (pk.fimsa.az) dərc ediləcək.

Məlumatın toplanması ilə əlaqədar bəzi vətəndaşlar təzminatın məbləğini müəyyən edə bilmirdi. Bu gündən etibarən fiziki şəxslər təkcə təzminat barədə deyil, həmçinin onların kreditlərinin restrukturizasiyası barədə məlumat ala biləcəklər.
Problemli kreditlər barədə məlumatlar, müştərilərin kredit götürdüyü banklara ötürüləcək.
Bu gün 11-ci siniflər üçün buraxılış imtahanı keçirilir














Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) 27 şəhər və rayonda ümumtəhsil müəssisələrinin 11-ci sinif şagirdləri üçün buraxılış imtahanı keçirir.
DİM-dən verilən məlumata görə, ümumilikdə 28 919 şagirdin imtahan verəcəyi nəzərdə tutulur.

İmtahan saat 11:00-da başlanır.

İmtahanda şagirdlərin bilik və bacarıqlarını yoxlamaq məqsədi ilə tədris dili, riyaziyyat və xarici dil fənləri üzrə ümumilikdə 85 tapşırıq təqdim edilir. İmtahan 3 saat davam edəcək.

Bildiyiniz kimi, imtahanda şagirdlərin xarici dil üzrə dinləyib-anlama bacarıqları da yoxlanılacaq. İmtahan dinləmə mətninin səsləndirilməsi ilə başlayacaq. Mətnin səsləndirilməsinə hazırlıq və binada sakitliyin təmin olunması ilə əlaqədar imtahanın başlanmasına 15 dəqiqə qalmış saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır. İmtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır.

Şagirdlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:

- imtahana buraxılış vərəqəsini;

- şəxsiyyəti təsdiq edən sənədin əslini:

a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan şagirdlər də daxil olmaqla) şəxsiyyət vəsiqəsini;
b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;

- Şəxsiyyət vəsiqəsində şəkli olmayan şagirdlər digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa şagirdin 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).

XI sinif şagirdlərinin buraxılış imtahanlarının keçirilməsi üçün qeyd olunan şəhər və rayonlarda ümumilikdə 68 imtahan mərkəzi ayrılıb. Bəzi imtahan binalarına giriş zamanı imtahan iştirakçılarının şəxsiyyətini dəqiqləşdirmək məqsədilə "Face Recognition" (üzün tanınması) texnologiyasına əsaslanan proqram-texniki vasitələrdən istifadə olunacaq. Bu texnologiyanın tətbiq edilməsində əsas məqsəd şagirdlərin imtahan binasına buraxılış rejimini daha surətli həyata keçirmək və qeydiyyatdan keçmiş şagirdlərin əvəzinə başqa bir şəxsin imtahan binasına daxil olmasının qarşısını almaqdır.

İmtahanda 28 919 (Sumqayıtda 3381, Abşeronda 2860, Gəncədə 2661, Göygöldə 726, Samuxda 454, Naftalanda 54, Goranboyda 1032, Daşkəsəndə 194, Şəki 1641, Oğuzda 474, Qəbələdə 1151, Lənkəran 1514, Astara 717, Biləsuvarda 743, Ağsuda 518, Zərdabda 419, Şamaxıda 638, Kürdəmirdə 921 , Ağdamda 657, Yevlaxda 1062, Bərdədə 1512, Tərtərdə 673, İmişlidə 1154, Saatlıda 663, Sabirabadda 1155, Xaçmazda 1430, Şabranda 515) nəfər 11-ci sinif şagirdinin iştirakı nəzərdə tutulur.

İmtahanların idarə olunmasına 68 ümumi imtahan rəhbəri, 218 imtahan rəhbəri, 2342 nəzarətçi‑müəllim, 226 buraxılışı təşkil edən əməkdaş, 68 bina nümayəndəsi ayrılıb.

Qeyd edək ki, I-IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olmaq üçün müsabiqə zamanı abituriyentlərin buraxılış imtahanından əldə etdikləri nəticələri də nəzərə alınacaq və qəbul imtahanından toplanılan balın üzərinə əlavə olunacaq. Buraxılış imtahanlarının (qəbul imtahanlarının I mərhələsinin) nəticələri iki il qüvvədə olur və cari və növbəti tədris illərində abituriyentə I, II, III, IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanlarında (II mərhələdə) eləcə də V qrup üzrə ali təhsil müəssisələrinin və kolleclərin müsabiqəsində iştirak etmək hüququ verir.

V ixtisas qrupu (xüsusi qabiliyyət tələb edən ixtisaslar) və orta ixtisas təhsili müəssisələri üzrə də müsabiqə buraxılış imtahanının nəticələrinə əsasən aparılacaq.
Ekspert Təhsil Nazirliyinə ağır ittiham irəli sürüb















Təhsil eksperti Kamran Əsədov Təhsil Nazirliyinin yeni qaynar xətt yaratması ilə bağlı açıqlamalarına münasibət bildirib.

“Rubin.az” xəbər verir ki, bu barədə sosial şəbəkədə yazan ekspert qeyd edib ki, Təhsil Nazirliyi yeni qaynar xətt yaratmağı düşünür:

“Təzəsini yaratmağa ehtiyac yoxdur, “146” Qaynar xətti var. Sadəcə olaraq elektron ünvanınıza, qaynar xəttinizə gələn müraciətlərə baxmaq lazımdır.

Yeni qaynar xətt üçün niyə büdcə vəsaitini sərf edirsiz ki? Yeni qaynar xəttə sərf olunacaq vəsaitə nə qədər qonaqlıqlar vermək olar, şəkil çəkdirmək olar.

Məktəblərdə baş verən neqativ hallardan xəbər tutmaq üçün Amerikanı yenidən kəşf etməyə ehtiyac yoxdur. Mən sizin elektron ünvanınıza bu barədə kifayət qədər məlumat dəfələrlə yollamışam. Sadəcə olaraq görməməzlikdən gəlmisiz, sizə məsləhət verənlərə inanmısız, onları doğru saymısız.

Mən dəfələrlə sizə yazdım, dedim ki, gəmidə artıq yük var. Hətta “Nuh” da öz gəmisinə artıq yük götürmədi”.

Daha sonra ekspert Təhsil Nazirliyinə ağır ittiham irəli sürüb:

“Qapı – qapı gəzib TV-lərə, saytlara, universitetlərə mənimlə əlaqə saxlamamağı, əməkdaşlıq etməməyi dediz.

Yenə də deyirəm, əgər gəminizdəki artıq yükləri atmasaz, yaxın keçmişin trend mahnısı yenidən gündəm olacaq: “Bu qədər asandırmı çıxıb getmək?””.
Məktəb direktorlarına yeni tapşırıq verildi – İddia















Dünən Bakı Şəhər Təhsil İdarəsində Bakının ümumtəhsil müəssisələrinin direktorları və tərbiyə işlərinə məsul şəxslərlə geniş görüş keçirilib.

Movqe.az-ın etibarlı mənbədən əldə etdiyi məlumata görə, görüşün keçirilməsinə səbəb 162 saylı məktəbdə baş verən intihar olayı ilə bağlı digər məktəblərdə önləyici tədbirlərin görülməsidir.

Mənbənin verdiyi məlumata görə, görüşdə bütün direktorlara tapşırıqlar verilib ki, pedoqoji heyyət şagirdlərlə münasibətə həssas yanaşmalı, problemli ailələrdən gələn şagirdlərə diqqəti ikiqat artırmalıdırlar. Direktorlara, tərbiyə işlərinə məsul şəxslərə məktəblərin yuxarı siniflərində təhsil alan oğlan şagirdlərin davranışı, onların pis vərdişlərə aludəçiliyi ilə bağlı nəzarəti artırmaq da tövsiyyə olunub.

Bakı Şəhər Təhsil İdarəsinin ictimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədov isə açıqlamasında faktı inkar edib. Bildirib ki, bu günlərdə direktorlarla belə bir görüş olmayıb. Amma qeyd olunan məsələlər hər zaman təhsili idarəetmə qurumlarının və məktəb direktorlarının diqqət mərkəzindədir.
Deputat Elinanın olayı haqda: Direktoru işdən çıxarılmasını düzgün deyil














“Mən direktorun işdən çıxarılmasını doğru hesab etmirəm”.

Bunu jurnalsitlərə deputat Fazil Mustafa bildiriib.

O qeyd edib ki, mindən çox şagirdə nəzarət etmək direktorun imkanları xaricindədir: “Direktor 2 min nəfər şagirdə necə nəzarət eləsin”.

Daha sonra deputat sosial şəbəkələrdə paylaşım edərək bildirib ki, bir sürü bizə əxlaq dərsi keçməyə çalışır:

“İndi baxıram ki, “Məktəb direktorunun işdən çıxarılmasını doğru hesab etmirəm” başlığı ilə paylaşımlar edərək bir sürü sözün bütün mənasına danabaş bizə əxlaq dərsi keçməyə çalışırlar.

Çıxışımızın mətni problemin mahiyyətinin açılmasına yönəldiyi halda, bir cümləni həmişəki kimi başlığa çıxarıb təhqiramiz rəy yazan nadanlara qarşı yenə də haqlı mövqeyimi ortaya qoymaqdan məmnunluq duyuram. Mən onlara hüquq dərsindən danışıram, yəni burada bütün subyektlərin davranışına hüquqi qiymət verilməlidir, səs yazısı da, intihara səbəb olan motivlər də istintaq orqanı tərəfindən qiymətləndirilməlidir.

Sonra direktoru nəinki işdən çıxarmaq, günahı sübut oluunarsa, həbs edib ağır cəza da vermək olar. Hələ həkimlərin öz peşə borcuna münasibəti də konkret hadisədə qiymət verilməsi vacib amillərdən biridir. Yaxud başqa bir şəxs günahkardırsa, yenə də eyni qaydada qanunun tələbləri yerinə gətirilməlidir. Yarğısız infazdan çox zaman gileylənən, iqtidarı buna görə ittiham edən insanların çoxusu xüsusi canfəşanlıqla yarğısız infaza bəraət qazandırırlar.

Buradan çıxarılası ən mühüm dərs valideyn-məktəb münasibətlərinin sağlamlaşdırılması yollarının ictimai müzakirəyə çıxarılması və optimal ünsiyyət formalarının tapılmasıdır”.
Körpələr arasında nevroloji xəstəliklər artır – Həkimdən ciddi xəbərdarlıq















Sağlam orqanizm hələ insan dünya gəlməmişdən öncə, ana bətnindən başlayır. Belə ki, uşağın hansısa xəstəliklə dünyaya gəlməsi sonradan müxtəlif problemlərə yol açır və hətta bəzi xəstəliklərin müalicəsi üçün uzun zaman tələb olunur. Uşaqlarda müşahidə olunan xəstəliklərin yaranma səbəbinin aşkarlanması ilə yanaşı, onun müalicəsi də mühüm əhəmiyyət kəsb edir.

Son zamanlarda yeni doğulan uşaqlarda nevroloji xəstəliklər geniş hal alıb.

Baş pediatr Nəsib Quliyev Modern.az-a açıqlamasında bildirib ki, uşağın bu xəstəliyi yaşamaması üçün ona düzgün qulluq lazımdır.

“Nevroloji xəstəliklərin yaranmasında bir sıra faktorlar var ki, onlar da uşaq doğulduqdan sonra qısa müddət ərzində aşkara çıxır. Qeysəriyyə əməliyyatı ilə dünyaya gələn uşaqlarda bu xəstəliklər daha çox müşahidə olunur. Nevroloji xəstəliyin yaranmaması üçün ən yaxşı üsullardan biri uşaqların təbiət qoynunda vaxt keçirməsinə şərait yaratmaqdır. Təbii olan istənilən məfhum uşağa müsbət təsir edir”.

Pediatr Vaqif Qarayev isə bildirir ki, nevroz daha çox konfliktli ailələrdə rast gəlinir:

“Uşaq valideyndən psixoloji və ya emosional şiddət görürsə, bu mütləq şəkildə onun əsəb sistemində iz qoyur. Müəyyən yaşdan sonra bu psixoloji zədə uşağın davranışlarında özünü göstərir. Belə ki, uşaq ya çox aqressiv olur ya da özünə qapanıq olub kollektivlə ünsiyyətdə çətinlik çəkir. Hamiləlik dövründə qadın çox stress yaşayırsa bu heç şübhəsiz ki, dölün inkişafına təsir edir. Pediatrlar uşağın ana bətnində yarandığı andan etibarən hamiləliyin gedişatı haqqında məlumat toplayırlar. Nevroza səbəb bəzi hallarda ananın hamiləlik prosesində stress yaşaması, evdə ailə üzvləri ilə olan anlaşılmaz münasibətdir. Əgər uşağın mərkəzi sinir sistemində orqanik bir problem yoxdursa, yəni tibbi müdaxilə tələb edən bir səbəb mövcud deyilsə, o zaman problemin səbəbini uşağın ətraf mühitində axtarmaq lazımdır. Psixoloji, emosional təsir varsa, bunlar aradan qaldırılmalıdır”.
Pensiyalarla bağlı yeni xəbər














Bu günədək artıq 8300 vətəndaşa avtomatlaşdırılmış qaydada pensiya təyinatı aparılıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, Prezident İlham Əliyevin təşəbbüsü ilə qəbul olunmuş qanunla pensiya təyinatının 2019-cu il 1 yanvar tarixindən avtomatlaşırılmış rejimdə həyata keçirilməsi sosial təminat sistemində proaktiv xidmətə keçid istiqamətində ilk mühüm addımdır.

Bununla da pensiya yaşına çatmış şəxslərin heç bir sənəd toplamadan və heç yerə müraciət etmədən pensiya hüquqları elə pensiya yaşı çatan gün reallaşdırılır və özlərinə də bu barədə e-qaydada məlumat göndərilir.

Eyni zamanda, fərdi hesabında ən kiçik məbləğdə belə pensiya kapitalı qeydə alınan pensiya yaşı çatmış şəxslərə 2006-cı ilin yanvarın 1-dək 25 il sosial sığorta stajı avtomatik hesablanır ki, bu da onların pensiya təminatı sistemi ilə əhatə olunmasına imkan verib.