Ukraynaya uzunvədəli dəstək üçün büdcə mövcud deyil, yalnız təcili yardımlar üçün yetərlidir.
Axar.az xəbər verir ki, bu sözləri Ağ Evin sözçüsü Karin Jan-Pyer müvəqqəti büdcə layihəsinin Ukraynaya aid maddə olmadan təsdiqlənməsi ilə bağlı açıqlamasında deyib.
“Ukraynanın müharibə ilə bağlı təcili ehtiyaclarını qarşılamaq üçün yetərli büdcəmiz var, lakin bu, uzunvədəli bir həll yolu deyil”, - deyə sözçü bildirib.