Azərbaycanın daxili işlər orqanlarında kadr dəyişikliyi olub.
Axar.az Report-a istinadən xəbər verir ki, daxili işlər naziri Vilayət Eyvazovun imzaladığı müvafiq əmri ilə Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinin rəis müavini, polis polkovnik-leytenantı Ramil Salayev vəzifəsindən azad edilib.
Nazirin digər əmri ilə Ramil Salayev Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Bölməsinin rəisi vəzifəsinə təyin olunub.