Bakının hündürmərtəbəli binalarla yüklənməsi, sıxlığın artması, bina evlərinin həyətinin olmaması hər keçən gün həyatımıza ciddi şəkildə təsir edir:

illərdir Bakının Baş planını gözləyirik, şəhərin inkişaf istiqamətinin müəyyənləşdirilməsi, ciddi hesablamalar aparılması, sıxlıqla bağlı dəqiq məlumatın olması vacibdir. Baş plan bütün bunları özündə cəmləyir və şəhəri cəhənnəm sıxlığından qoruyur. Nə sirdirsə, Baş plan illərdir təsdiqlənmir ki, təsdiqlənmir!

Əvəzində artıq Alatava-1 kimi tanınan, əsasən gecəqonduların olduğu “qəsəbə”nin söküləcəyi haqda məlumat təsdiqlənir. Bildirilir ki, gecəqondular söküləcək, əvəzində ərazidə göydələnlər tikiləcək. Yəni Tiflis prospekti ilə Qəbələ dairəsi arasındakı böyük ərazidə insanların həyət evlərini göydələnlər əvəzləyəcək.

Yasamal onsuz da sıxlıq olar ərazidir, xüsusilə son illərdə Yeni Yasamal istiqamətində bir-birinin içində tikilən göydələnlər bu ərazini yaşanmaz hala gətirib. İndi isə Tiflis prospektinə doğru göydələnlərin genişlənməsi nəzərdə tutulur.

Əlbəttə, Alatavalar, Xutorlar Bakı üçün qətiyyən xoş mənzərə yaratmır: bu gecəqondular sökülməli, müasir evlər tikilməli və yaxud parklar salınmalıdır.

Ancaq dəqiq statistika aparılmalıdır: Alatava-1 qəsəbəsində nə qədər əhali yaşayır? O ərazi sökülüb, yerində göydələnlər tikilərsə, nə qədər insanın orda məskunlaşması planlaşdırılır? Bu, əlavə sıxlığa səbəb olmayacaq ki?

Yeni layihənin ictimai müzakirəsi yoxdur: Alatava-1-in sökülməsi təsdiqlənib, hətta tikinti aparacaq şirkətlə müqavilə imzalandığı da deyilir, lakin eskiz, layihənin fotosu, statistika ictimaiyyətə təqdim edilməyib.

Belə layihələr zamanı ərazinin məxsusi yüklənməsinin yaradacağı ciddi problemləri düşünməyən tikinti şirkətlərinin daha çox qazanc əldə etmək üçün necə sıxlıq yaratdığını və necə binalar inşa etdiyini artıq təcrübəmizdən bilirik. Eyni hal Alatava-1-in ərazisində olarsa, onsuz da keçilməzə çevrilən Tiflis prospekti və yaxud Mətbuat prospektində durum necə olacaq? Hələ onu demirik ki, həyət və maşınlar üçün parklanmanın də “dərdini” çəkməyən tikinti şirkətləri insanları avtomobillərini gecə vaxtı artıq prospektlərdə park etməyə məcbur edir.

Müqavilə imzalanmazdan öncə ictimai müzakirə keçirilsə, eskizlər yayılsa, şəhər sakinlərinin rəyi alınsa, Bakının ziyanına olmazdı hər halda.

Digər söküntü Nərimanov rayonunda aparılır – söhbət Mayakovski-15-dəki qəzalı binadan gedir.

Əslində, o ərazidə həm Mayakovski, həm də Hidayətzadə küçələrindəki dördmərtəbəli binaların hamısı sökülməlidir – çünki az qala yaşları 100 ilə çatan bu binalarda külək əsəndə pilləkən uçur.

Hazırda söküntü işlərinə Mayakovski-15-dən başlamaq nəzərdə tutulur. Sakinlərə kvadratına 2 min kompensasiya təqdim edirlər.

O binalarda evlərin sahəsi çox kiçikdir – birotaqlılar 20, üçotaqlılar 65 kv.m-dir. Yataqxana tipli (köhnə italyan layihəsi) bu binalarda sakinlər ümumi eyvanlardan da istifadə etməyə məcbur olurlar.

Birotaqlıda yaşayan bir ailəyə verilən 40 min manatla harda mənzil almaq olar?

Montin qəsəbəsi – Bakının ən gözəl yerlərindəndir. O pula Montində it damı da almaq mümkün deyil. Bəs, sakinlər nə etməlidir?

Nazirlər Kabinetinin qərarı var – doğrudur; sökülən binalar üçün kompensasiya məbləği də çoxdan müəyyən edilib – bu da doğrudur. O da doğrudur ki, o rəqəmlər məhz “çoxdan”a aiddir, bugünün qiymətləri ayrıdır, axı! O sakinlərə daha real təkliflər verilə bilərmi?

O da ayrı məsələdir ki, o binalar söküldükdən sonra “abadlaşma aparılacaq” ifadəsindən başqa məlumatda heç nə yoxdur. Hanı abadlıq layihəsi? Kim təsdiq edib o layihəni? Onun icrası kimə tapşırılıb?

Kim zəmanət verir ki, o sakinləri evindən çıxmağa məcbur etdikdən sonra həmin ərazidə göydələn tikməyəcəklər? O “abadlığın” eskizi, layihəsi ictimai müzakirəyə niyə təqdim edilmir? Əgər o binaların yerində də göydələnlər tikilərsə, həmin ərazidə növbəti cəhənnəm sıxlığının yaranacağını aydın təsəvvür etmək olar.

Meriya dəqiq, aydın planla işləməyə məcburdur – ona görə yox ki, biz bu proseslərdə korrupsiya və ya rüşvətdən şübhələnirik. Sadəcə, bu şəhərdə hamımız yaşayırıq, heç kəs Bakıdan köçməyə hazırlaşmır. Elə etmək lazımdır ki, işə gedib-gələ, nəfəs almaq üçün həyətə düşə bilək.

Bu sıxlığa bais olanlar axı tıxaclardan daha çox əziyyət çəkirlər – kasıblar onsuz da metro ilə gedir, dərd varlılarındır.

Əziz varlılar və şəhərimizin hər qarışında bina tikənlər! Yəni siz ev arzusu ilə yarıac-yarıtox qalıb, yığdıqlarını sizə verənlərin pulları ilə aldığınız bahalı maşınlarda Bakıda rahat gəzmək istəmirsiniz? O maşınlarda saatlarla tıxacda qalıb, “lüks türmədə” yaşamaq sizin nəyinizə lazımdır, axı!

21 Noyabr 2024 Zaxarovadan COP29-la bağlı açıqlama
20 Noyabr 2024 Hersoq Bakıya gələ bilmədi – Ərdoğan niyə bunu elan etdi?
20 Noyabr 2024 Ukraynada yaşayan Azərbaycan vətəndaşlarına çağırış
20 Noyabr 2024 Baydenin Rusiyanın vurulmasına razılıq verməsi... - Ərdoğan
20 Noyabr 2024 Rusiyaya xəbərdarlıq etmişdik... - Miller
08 Noyabr 2024 İsrail səfirliyi Azərbaycanı təbrik etdi
24 Oktyabr 2024 Kobaxidze Ərdoğana başsağlığı verdi
22 Oktyabr 2024 Keçmiş prezident rüşvətə görə 20 il həbs cəzası aldı
22 Oktyabr 2024 Zelenski Putinin həbsinə imkan verən qanunu imzaladı
09 Oktyabr 2024 İrəvan üçtərəfli bəyannamədən çəkilib? - Rusiya
07 Oktyabr 2024 Lukaşenko da Moskvaya getdi
02 Oktyabr 2024 Qərb İranı çökdürmək üçün SSRİ planını işə salır - Markov
16 Sentyabr 2024 Pezeşkiandan Azərbaycanla bağlı açıqlama
14 Sentyabr 2024 İki millət vəkili və 41 siyasətçi İYİ Partiyasından getdi
09 Sentyabr 2024 Biz Qərblə ünsiyyət qapısını bağlamırıq - Lavrov
09 Sentyabr 2024 İran düşünür ki, Zəngəzur dəhlizi açılarsa... - Türk general
31 Avqust 2024 Paşinyan Bakıya gələcəkmi? - Özü açıqladı
29 Avqust 2024 Siyasətçilər illər əvvəl... - Foto
27 Avqust 2024 Ukrayna ilk ballistik raketini yaratdı - Zelenski
26 Avqust 2024 Qafqaz İran üçün strateji baxımdan... – Arakçı
24 Avqust 2024 23 min Ukrayna hərbçisi bizim ölkədə təlim keçib - Duda
23 Avqust 2024 İsraili həmişə dəstəkləyəcəyəm - Harris
21 Avqust 2024 İsrailə cavab verilməsə, pislikləri davam edəcək – Rezayi
20 Avqust 2024 Müharibədən sonra ilk: Modi Kiyevə niyə gedir?
19 Avqust 2024 Bakı Moskva və Kiyev arasında danışıqlar üçün idealdır - Markov
16 Avqust 2024 Daha bir ölkə Kiyevə silahlarından istifadəyə icazə verdi
16 Avqust 2024 Pezeşkian kabineti müdafiə üçün parlamentə gedir
16 Avqust 2024 Tiflis Rusiyaya ittiham şansı verdi: Bu, xəyanətdir!
16 Avqust 2024 Qardaş ölkə Azərbaycan üçün viza rüsumunu ləğv etdi
15 Avqust 2024 Ölüm təhlükəsinə baxmayaraq, Qəzzaya gedəcəyəm!