ABŞ Prezidenti Co Bayden Ukrayna ilə bağlı lend-liz qanununu imzalayıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.
Qanun ABŞ-a Ukraynanı məhdudiyyət qoyulmadan və sürətlə silahla təmin etmək imkanı verəcək. Bundan əlavə, Ukrayna əvvəlkindən qat-qat böyük həcmdə maliyyə yardımı alacaq.
Qeyd edək ki, ABŞ senatı lend-liz haqqında qanunu aprelin 7-də qəbul edib.