Rusiyalı müxalif siyasətçi Aleksey Navalnının vəziyyəti stabildir.
“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə 1 saylı Omsk təcili yardım xəstəxanasının baş həkimi Aleksandr Muraxovski açıqlama verib.
O bildirib ki, bu məlumatı Navalnının köçürüldüyü “Charite” klinikasındakı həmkarlarından alıb.
Xatırladaq ki, avqustun 20-də Tomsk şəhərindən Moskvaya uçuş zamanı Navalnının halı pisləşib. Bundan sonra təyyarə Omsk şəhərinə təcili eniş edib, siyasətçi təcili xəstəxanaya yerləşdirilib. İlkin mərhələdə ona naməlum psixodisleptiklə zəhərlənmə diaqnozu qoyulub.