Belarus Prezidenti Aleksandr Lukaşenko bütün günü igamətgahında işləyib, mitinqçilərin
gəldiyi vaxt da orada olub, daha sonra vertolyotda şəhəri gəzib, qayıdıb və işləməyə davam edir: o heç yerə qaçmayıb. “Qafqazinfo”nun “RİA Novosti”yə istinadən məlumatına görə, bu barədə dövlət başçısının mətbuat katibi Natalya Eysmont "ONT" telekanalının efirində bildirib.
Esymont qeyd edib ki, “nə baş verəcəyini görən mitinqçilərin cəsarəti çox uzun çəkmədi, bu insanlar tez çöndülər və əks istiqamətə qaçdılar”.
“Bundan sonra prezident vertolyot çağırdı və şəhəri gəzdi. Yüksəklikdən mitinqə baxdı, həmçinin vəziyyətə nəzarət edirdi. Tezliklə Müstəqillik sarayına qayıdan prezident, ilk növbədə, sarayı perimetr boyu müdafiə edən şəxslərə təşəkkürünü bildirdi. Eləcə də OMON-çulara yaxınlaşdı, onlarla söhbətləşdi, həmçinin onlara da təşəkkür etdi”, - Eysmont deyib.
Onun sözlərinə görə, ayrı-ayrı bloqqerlər və teleqram kanallar A.Lukaşenkonun ölkədən qaçdığını iddia etsə də, “prezidentin söz verdiyi kimi, o heç yerə qaçmayıb”.
“Bu dəqiqələrdə prezident indiyədək Müstəqillik sarayında çalışır”, - o deyib.