Belarus Prezidenti Aleksandr Lukaşenko rusiyalı həmkarı Vladimir Putinlə söhbəti zamanı
ondan Almaniya Kansleri Angela Merkelə respublikanın işlərinə qarışmaması barədə xahişini çatdırmağı rica edib.
“Qafqazinfo”nun məlumatına görə, bu barədə Lukaşenkonun mətbuat katibi Natalya Eysmont “Rossiya 1” telekanalının efirindən bildirib.
O qeyd edib ki, indi Minskdə Qərbin ölkədəki vəziyyəti destabilizə etməyə çalışanları dəstəkləməsini daha çox istəyirlər.
“Bu baxımdan, bizim ölkə prezidenti rusiyalı həmkarından xahiş etdi ki, o, Merkelə çatdırsın ki, Almaniya və bütün Qərbi Avropa Belarusun daxili işlərinə müdaxilə etməsin, indi olduğu kimi”, - Eysmont deyib.
Mətbuat katibinin sözlərinə görə, Lukaşenko hesab edir ki, Putinlə ünsiyyət qurduğu halda Merkellə apardığı şəxsi danışıqlar “ən azından qeyri-ciddi” görünərdi. Lukaşenko ilə Merkelin söhbətinin effekti isə çox güman ki, mənfi olardı.
Daha əvvəl Almaniya Kansleri Angela Merkel Belarus Prezidenti Aleksandr Lukaşenko ilə telefonda danışmaq cəhdinin boşa çıxdığını açıqlamışdı.