Malinin Prezidenti İbrahim Bubakar Keyta üsyançılar tərəfindən tutulduqdan bir neçə saat sonra istefasını elan edib.
“Qafqazinfo” xəbər verir ki, o, bu barədə Malinin Yayım və Televiziya Xidmətinin efirində çıxış edərkən bildirib: “Uzun illər mənə göstərdiyi dəstəyinə görə Mali xalqına təşəkkür edirəm. Bu andan etibarən istefa qərarımı və bütün səlahiyyətlərimi təhvil verdiyimi bildirmək istəyirəm”.
Prezident, həmçinin parlament və hökumətin buraxıldığını da elan edib.