Xəzər TV-yə yeni rəhbər təyin olunan Xalq artisti Murad Dadaşov kanalın efir siyasətində bir sıra dəyişikliklər etməyə qərar verib. O, Xəzər TV-nin efirinin daimi qonaqları olan Şəbnəm Tovuzlu, Manaf Ağayev, Mətanət Əsədova, Damla kimi müğənnilərin ekrana çıxmasına qadağa qoyub.
Lent.az xəbər verir ki, şou-biznesin daha 3 tanınmış siması bu qadağaya tuş gəlib.
Bunlar Pərviz Bülbülə, Türkan Vəlizadə və Vasif Əzimovdur.