Aparıcı Mətanət Əsədovanın ''Mən ikinci Zeynəbəm'' sözünə irad bildirib.
O, verilişin qonaqları olan əməkdar artistlər Firuzə İbadova və Cavanşir Məmmədova, müğənni Şəbnəm Tapdığa və İlham Mirzəyevə üzünü tutaraq:
''Sizcə Mətanətin özü haqqında belə bir söz deməsi nə dərəcədə doğrudur? Bu sözü müğənniyə xalq deməlidir. Müğənni özü yox. Həmin müğənni Zeynəb xanımın gördüyü işlərin yarısını görsün sonra danışsın'',- deyib.
Müğənni Cavanşir Məmmədov isə bu barədə öz fikrini bildirərək ''Zeynəb Xanlarova elə bir sənətkardır ki, onu hansısa müğənni ilə müqayisə etmək, efirdə müzakirə etmək düzgün deyil'',- sözlərini söyləyib.