“Ölkə.Az” xəbər verir ki, o, hazırda Rusiyada yaşayan müğənni Rəqsanə İsmayılovanın fotosunu “İnstgaram” səhifəsində yayımlayıb.
“Bu yaxın günlərdə Rəqsanə xanım Bakıya qayıdır. Artıq səhnə fəaliyyətinə buradan davam edəcək. Toylarımız əldən getdi”,- deyə o, qeyd edib.
Bu paylaşıma Rəqsanə İsmayılova biganə qalmayıb.
“Sən yox əzizim, ama qoy bəzilər narahat olsunlar ki, gəlirəm”,- deyə müğənni Damlanın sözlərini təsdiqləyib.
Qeyd edək ki, Rəqsanə İsmayılova Fazil bəylə ailə qurduqdan sonra Moskvada yaşayır.