“Ölkə.Az” xəbər verir ki, Xalq artisti Murad Dadaşov metro stansiyalarının adlarını və anonsları səsləndirəcək. O, bu barədə olan videonu “İnstagram” səhifəsində paylaşıb.
Qeyd edək ki, Bakı metropoliteni daha əvvəldə belə maraqlı layihələrə imza atıb. 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə stansiyaların adlarını və anonsları uşaqlar səsləndirib.