“Ölkə.Az” xəbər verir ki, Mehriban Əliyeva Ulu öndərin vəfatının 16-cı ildönümü ilə bağlı paylaşım edib.
O, “Bu gün – 12 dekabr – Azərbaycanın və Azərbaycan xalqının həyatında və taleyində silinməz iz qoymuş dahi şəxsiyyət Heydər Əliyevin anım günüdür. Ümummilli lider Heydər Əliyevin unudulmaz xatirəsini ehtiramla yad edirəm. Ölkəmizə sülh və tərəqqi arzulayıram”,- deyə qeyd edib.
Xatırladaq ki, Ulu öndər Heydər Əliyev 12 dekabr 2003-cü ildə 81 yaşında vəfat edib.