Xəbər verdiyimiz kimi, "Eurovision- 2019" mahnı müsabiqəsinə ev sahibliyi edəcək şəhər Təl-Əviv olub.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, beynəlxalq yarışma Konqres Mərkəzinin ikinci povilionunda reallaşacaq.
Amma musiqili gecənin keçirləcəyi zal müzakirələrə səbəb olub. Belə ki, 9 minlik zalın 2 mini kameralar - səhnə üçün ayrılacaq və 3 minlik yer deleqasiyalara aid olacaq. Yalnız 4 min tamaşaçı "Eurovision"u canlı izləyəcə biləcək. Bu səbəbdən yarışmanın pərəstişkarları təşkilatçıların bu addımına etiraz ediblər və fanlar üçün az yer ayrıldığını bildiriblər.
Bundan əlavə, İsrail Dövlət Kanalı olan "Kan" televiziyası noyabrda aparıcıların adını açıqlayacanı qeyd edib. Həmçinin noyabrda biletlərin satışa çıxarılacağı nəzərdə tutulub.