Türkiyənin məşhur “O səs Türkiyə” proqramına qatılan daha bir azərbaycanlı dinləyiciəri valeh edib.
Kult.az xəbər verir ki, səs yarışmasına qatılan Nəzrin Əfəndizadə “Qaraya dönüş” (“Back to black”) mahnısını ifa edib. Mahnın sonuna qədər dinləyən juri üzvlərindən Nəzrin üçün ilki dönən Hadisə olub. Daha sonra isə Murad Boz da dönərək Nəzrini sevindirib.
Nəzrinin görünüşünü və səhnəyə yaraşdığını da vurğulayan hər iki münsif üzvü onu öz komandasında görmək istədiyini bildirib. Lakin Nəzrin Hadisə ilə yarışmaya davam etmək istədiyini bildirib.