Milli.Az-ın TurkicWorld-ə istinadən məlumatına görə, bu barədə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.
Vurğulanıb ki, son 12 ay ərzində (yanvar 2024-yanvar 2023) Türkiyə 8 milyard dollar məbləğində mebel, kağız və meşə məhsulları ixrac edib.
Qeyd edək ki, 2023-cü ilin yanvar-dekabr aylarında Türkiyənin mebel, kağız və meşə məhsulları ixracı 2022-ci ilin eyni dövrü ilə müqayisədə 8 faiz artaraq, 12,4 milyard dollara bərabər olub.
2023-cü ilin dekabr ayında Türkiyə 1,5 milyard dollar məbləğində mebel, kağız və meşə məhsulları ixrac edib ki, bu da 2022-ci ilin dekabr ayı ilə müqayisədə 1,1 faiz çoxdur.