Monteneqro, Ukrayna və ABŞ Avropa Birliyinin (AB) Rusiyaya qarşı araq embarqosundan əsas faydalanan ölkələrə çevrilib.
Axar.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.
Məlumata görə, 2023-cü ildə Monteneqro, Ukrayna və ABŞ Avropaya araq tədarükünü fəal şəkildə artırıb.
İlin nəticələrinə əsasən, ABŞ tədarükünü iki dəfədən çox və ya 20,8 milyon avro artıraraq, 37,7 milyon avroya çatdırıb və birinci yerə çıxıb.
İkinci yerdə il ərzində həcmi 6,6 milyon avrodan 13,4 milyon avroya qədər artıran Monteneqro dayanır.
Ukrayna isə 24.5 faiz və ya 3.8 milyon avro artımla üçüncü olub.