Kənd Təsərrüfatı Nazirliyi “Ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsinə dair bir sıra tədbirlər haqqında” ölkə prezidentinin 19 iyul 2022-ci il tarixli fərmanının icrası - buğda istehsalının stimullaşdırılması məqsədilə müqavilələrin bağlanılması üçün fermerlərə müraciət edib.
Axar.az müraciətin mətnini təqdim edir:
Fərmandan irəli gələn məsələlərin həlli ilə əlaqədar ərzaqlıq buğda istehsal edə biləcək potensial təsərrüfatların müəyyənləşdirilməsinə başlanılıb.
Sahəsi 50 hektardan böyük, ərazisi bir massivdə yerləşən, pivot suvarma sistemləri qurulmuş və yaxud qurulması planlaşdırılan təsərrüfatların rəhbərləri müqavilə bağlamaq üçün nazirliyə müraciət edə bilərlər.
Qeyd olunan göstəricilərə malik və ərzaqlıq buğda istehsalı proqramına qoşulmaq istəyən fermerlər müvafiq sorğu anketini dolduraraq web.torpag@agro.gov.az e-mail ünvanına göndərməlidirlər.
Əlaqələndirici şəxs: Kənd Təsərrüfatı Nazirliyinin Torpaqdan istifadəyə nəzarət şöbəsinin məsləhətçisi Sima Məmmədovadır.
E-poçt web.torpag@agro.gov.az,
Telefon.: (077) 299 23 63)