Kiçik mağazadan ölkənin ən böyük riteyl şəbəkələrindən birinə çevrilən “Kontakt” sevginizlə bir yaş daha böyüdü.

İllərdir müştərilərin evinə sevinc daşıyan, onlara büdcəsinə və istəyinə uyğun məhsul əldə etməkdə dost əlini uzadan şəbəkə sabahdan ad gününə özəl 50%-dək endirim festivalına start verir.

10 mindən çox məhsulun endirimlə təklif ediləcəyi kampaniya avqustun 20-dək davam edəcək. Üstəlik, “Kontakt” müştərilərinə endirimli qiyməti yerindəcə düz 3 aya bölməyə və ya 24 ayadək faizsiz taksit şərtlərindən yararlanmağa şərait yaradır.

Sərfəli təkliflər tək nağd yox, həm də kreditlə alışda üzünüzü güldürəcək. İndi axtardığınız hər şeyi tək ünvanda tapıb son model smartfonlara ilkin ödənişsiz, 12 ay faizsiz, televizor, məişət əşyası, ev tekstilinə 18, yüzlərlə çeşiddə sərgilənən mebellərə isə 24 aylıq ilkin ödənişsiz, faizsiz, ən önəmlisi isə komissiyasız şərtlərlə sahib ola bilərsiniz. Hətta Apple məhsullarını 12 ay faizsiz şərtlərlə əldə etməyiniz mümkün olacaq.

“Kontakt” kampaniya günlərində böyüklərlə bərabər mağazalarının balaca ziyarətçilərini də ürəkdən sevindirəcək. Belə ki,

* 12 avqust Ukrayna Dairəsi;

13 avqust Sumqayıt 10-cu mkr və Quba;

14 avqust Gəncə Grand Qafqaz və Mingəçevir;

* 20 avqust isə Lənkəran və Zaqatala mağazalarında faceart ustaları və animatorlar tədbirə əyləncə qatacaq. Eyni zamanda mağazaya gələn balacalara şarlar da hədiyyə olunacaq.

İndi isə gəlin cəlbedici kampaniya təkliflərindən bir qisminə nəzər salaq:

* 55” (140 sm) ekran diaqonallı, smart funksiyalı Toshiba televizorunu nağd alışda 1700 yox, endirimlə cəmi 899 manata;

* 30 m2 təsir sahəsinə malik, split sistemli, ən çox satılan modellərdən biri olan Hoffmann kondisionerini 730 deyil, endirimlə sadəcə 499 manata;

Kreditlə isə:

* 6 GB operativ, 128 GB daxili yaddaş tutumu olan Xiaomi Note 11 smartfonunu ayda cəmi 46 manata;

* İki nəfərlik Dnepr yataq dəstini isə ayda yalnız 53 manat ödəməklə ala bilərsiniz.

Qeyd edək ki, “Kontakt” ən yaxşı qiymətə 120% zəmanət verir. Belə ki, şəbəkədə gördüyünüz istənilən məhsulu digər rəsmi şəbəkələrdə daha ucuz tapsanız, “Kontakt”dan qiymət fərqinin 120%-i qədər endirim eldə edəcəksiniz. Hətta məhsul aldıqdan sonra kampaniyadan xəbərdar olsanız, 14 gün ərzində qiymət fərqinə 120% endirim ala bilərsiniz. Kampaniya həm nağd, həm hiss-hissə, həm də taksit kartları ilə alınan bütün məhsullara şamil edilir.

Ətraflı məlumat üçün *6060 Çağrı Mərkəzinə zəng edə, həmçinin şəbəkənin sosial media hesablarına yazaraq suallarınızı ünvanlaya bilərsiniz. Müasir texnologiyanın sevindirən ünvanı olan “Kontakt” sabahdan hamını avqustun 20-dək “Böyük ad günü festivalı”na qoşulmağa dəvət edir!

21 Noyabr 2024 Uşaqlar üçün yaşayış minimumu artırıldı
19 Noyabr 2024 Nazirdən maaş və pensiya artımı ilə bağlı açıqlama
18 Noyabr 2024 Azərbaycan bu istiqamətə 17 milyard ayıracaq
18 Noyabr 2024 İlin sonuna inflyasiya nə qədər olacaq? – AMB sədri
11 Noyabr 2024 Azərbaycanda bu məhsul kəskin bahalaşdı - Video
06 Noyabr 2024 Trampın qalib gəlməsi ilə İran rialı çökdü
28 Oktyabr 2024 Ət ucuzlaşacaq? - VİDEO
25 Oktyabr 2024 18 təqaüdçüyə 1 milyon vəsait xərclənəcək
21 Oktyabr 2024 Ölkəmizdə kərə yağı kəskin bahalaşdı
18 Oktyabr 2024 Nazirlik açıqladı: Yaxın 4 ildə əhalinin gəlirləri...
11 Oktyabr 2024 Müştərilər bu bankdan pullarını geri götürür
11 Oktyabr 2024 Unibank üçüncü rübün maliyyə nəticələrini açıqlayıb
11 Oktyabr 2024 Satışdakı keyfiyyətsiz yağlar HANSILARDIR? – MÜHÜM AÇIQLAMA
10 Oktyabr 2024 Pensiya alanlara şad xəbər
09 Oktyabr 2024 Onların pensiyası bu halda avtomatik dayandırılacaq
07 Oktyabr 2024 Bakı COP29-la bağlı bu xərcləri də üzərinə götürür
07 Oktyabr 2024 Maliyyə piramidası TƏLƏSİ: Minlərlə insanı necə tora salırlar? - VİDEO
03 Oktyabr 2024 Onlara maaşının 6 misli məbləğində müavinət veriləcək
23 Sentyabr 2024 5 yaşadək uşaqlara 150 manat verilsin!
19 Sentyabr 2024 Azərbaycanda təmizlik vasitələri bahalaşdı - VİDEO
19 Sentyabr 2024 İran iqtisadiyyatı iki dəfə kiçilib
19 Sentyabr 2024 Ölkəmizdə yağ niyə kəskin bahalaşdı?
19 Sentyabr 2024 Kredit ödəyəndə diqqət edin: “MilliÖn” faiz tutur
19 Sentyabr 2024 Bu yağlar kəskin bahalaşdı
18 Sentyabr 2024 Azərbaycanda orta aylıq maaş 1326 manat olacaq
18 Sentyabr 2024 Ətin kəskin şəkildə bahalaşmasının səbəbi - Video
13 Sentyabr 2024 Rusiya pul siyasətini sərtləşdirir: faizlər artdı
12 Sentyabr 2024 Kərə yağının bahalaşmasının səbəbi - Video
11 Sentyabr 2024 Yaşa görə müavinət alanlara sevindirici xəbər
10 Sentyabr 2024 AMB-nin “Nağd pul ofisi” fəaliyyətini dayandırır