Gün ərzində içilən nar şirəsi nə qədər faydalıdır?
Milli.Az Axşam.az-a istinadən səhər içilən bir stəkan nar şirəsinin sağlamlığa təsirini təqdim edir.
Ürək sağlamlığı
Nar suyunun tərkibində antioksidant təsiri olan və ürək damarlarına müsbət təsir göstərən polifenollar var. Narda olan resveratrol damarların zədələnməsinin və iltihabın qarşısını alır, xolesterinin səviyyəsini aşağı salır, qan laxtalanmasını azaldır. Hətta sümüklər üçün belə faydalıdır.
Yaşlanmağı yavaşladır
Nar şirəsi yaşlanma prosesini yavaşladan antioksidanlarla zəngindir. Narda polifenollar və taninlər çoxdur. Yüksək antioksidan dəyərinə görə maddələr bədən hüceyrələrini sərbəst radikalların zədələnməsindən qoruyur, iltihabı azaldır və dərinin, daxili orqanların hüceyrələrində yaşla bağlı dəyişiklikləri ləngidir. Bundan əlavə, nar suyu fitoestrogenlərlə zəngindir, bu da bədəndəki kollagenin və hialuron turşusunun istehsalını stimullaşdırır.
Yaddaşın və konsentrasiyanın yaxşılaşdırılması
Nar şirəsinin tərkibindəki aktiv maddələr sinir sisteminə nəzarət edir, qan damarlarını gücləndirir və beyinə qan axını yaxşılaşdırır.
Xroniki xəstəliklərin qarşısının alır
Xroniki xəstəliklərin əksəriyyəti bədənin müxtəlif yerlərində iltihabdan qaynaqlanan problemlər nəticəsində baş verir. Nar suyunun tərkibindəki polifenollar isə iltihabla fəal mübarizə aparır və diabetin qarşısını alınmağa imkan verir.