Bu ildən taxıl istehsal edən fermerlərə məhsul subsidiyası veriləcək.
Axar.az xəbər verir ki, bunu kənd təsərrüfatı naziri İnam Kərimov Report-a açıqlamasında bildirib.
Onun sözlərinə görə, kənd təsərrüfatı sahəsində taxılçılığın inkişafı üçün verilən subsidiyalardan fərqli olaraq bu dəfə fermerlərə əlavə 1 ton məhsul üçün əlavə 100 manat subsidiya veriləcək.
"Belə ki, əgər indiyə qədər verilən subsidiyalar əkin sahələrinin becərilməsi üçün nəzərdə tutulmuşdursa, ikinci subsidiya ərzaqlıq buğda istehsalından əldə edilən məhsula görə veriləcək. Həmin subsidiya 1 ton üçün 100 manat məbləğində hesablanacaq", - nazir bildirib.