Bu il Avropada qış çox çətin olacaq.
Axar.az xəbər verir ki, bunu Böyük Britaniyanın “Şell” şirkətinin baş direktoru Ben van Berder Rusiyanın Avropaya qaz ixracını dayandırması ehtimalından danışarkən deyib.
“Biz hamımız enerji qiymətlərində çox ciddi artımla üzləşəcəyik. Ən pis halda, Avropada qaz verilişi məhdud formada olacaq”, - şirkət rəhbəri bildirib.