Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu respublika üzrə iyul ayının pensiya ödənişini yekunlaşdırıb.
Nazirlikdən Axar.az-a verilən məlumata görə, iyulun 8-də Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu üzrə, bu gün isə ölkəmizin digər bölgələrində yaşayan şəxslərin pensiyaları, habelə güzəştli şərtlərlə təyin edilmiş pensiyalar ödənilib.
Qeyd edək ki, 2022-ci il üzrə verilməsi nəzərdə tutulan 200 manat maddi yardımın lll rüb üzrə ödəniləcək hissəsi (50 manat) də iyul ayının pensiyasının üzərinə əlavə olunub. Vətəndaşlar pensiyalarını bank kartları vasitəsilə müvafiq bankların bankomatlarından əldə edə bilərlər.