Azərbaycanda “Aİ-95” markalı benzinin satış qiymətinin 1,6 manatdan 2 manata çatdırılması qlobal enerji bazarında gedən proseslərin təzahürüdür.

 

Axar.az xəbər verir ki, bunu Report-a açıqlamasında iqtisadçı-ekspert Amal Həsənli deyib.

“Azərbaycanda bu marka benzin istehsal edilmir. Onu xaricdən alırıq. Bu ilin ilk 4 ayı ərzində ölkəyə gətirilən “Aİ-95” markalı benzinin bir tonunun idxal qiyməti ötən ilin eyni dövrü ilə müqayisədə 300 ABŞ dolları çoxdur. Bu birbaşa olaraq neft qiymətlərinin artımı ilə əlaqədardır. Belə ki, bu ilin əvvəlindən “Brent” markalı neftin qiyməti 25 % bahalaşıb. ABŞ-da benzinin qiyməti tarixi maksumumları yeniləyərək bir qalon (3,785 litr) üçün hətta 6 ABŞ dollarına belə çatıb. Analoji proses Avropada da müşahidə edilir”,- deyə o əlavə edib.

Ekspert hesab edir ki, “Aİ-95”in qiymətinin artmasının geniş əhali kütləsinə təsirləri minimum olacaq: “Azərbaycanda ənənəvi olaraq əhalinin əksər hissəsi “Aİ-92” benzinindən və dizel yanacağından istifadə edir. Biznes ilk növdədə yuxarıda qeyd edilən yanacaq növlərindən istifadə edir. Yəni “Aİ-95”in bazar payı çox azdır. Belə olan şəraitdə onun bahalaşması digər sektorlarda qiymət artımına səbəb olmayacaq. Bunun üçün heç bir iqtisadi əsas yoxdur. Lakin hər zaman olduğu kimi hansısa işbazlar bu məqamdan spekulyasiya edə bilərlər. Bunun qarşısını almaq üçün isə dövlətin müvafiq nəzarət orqanları fəaliyyətlərini aktivləşdirməlidir”.

Xatırladaq ki, bu ilin ilk 4 ayı ərzində Azərbaycana xaricdən (Rusiya, Bolqarıstan, Rumıniya və Türkmənistandan) 29 min 981 ton Aİ-95 markalı benzin gətirlib ki, bu da bir il əvvəlki göstərici ilə müqayisədə 36 % azdır. Azalma əsas tədarük bazarlarından biri olan Rusiyadan idxal həcminin 4 dəfə aşağı düşməsi ilə əlaqədardır. Ötən il xaricdən (8 ölkədən) aldığımız 147 min 412 ton Aİ-95 markalı benzinin 44,5 %-i Rumıniyanın, 35,2 %-i məhz Rusiyanın payına düşüb

21 Noyabr 2024 Uşaqlar üçün yaşayış minimumu artırıldı
19 Noyabr 2024 Nazirdən maaş və pensiya artımı ilə bağlı açıqlama
18 Noyabr 2024 Azərbaycan bu istiqamətə 17 milyard ayıracaq
18 Noyabr 2024 İlin sonuna inflyasiya nə qədər olacaq? – AMB sədri
11 Noyabr 2024 Azərbaycanda bu məhsul kəskin bahalaşdı - Video
06 Noyabr 2024 Trampın qalib gəlməsi ilə İran rialı çökdü
28 Oktyabr 2024 Ət ucuzlaşacaq? - VİDEO
25 Oktyabr 2024 18 təqaüdçüyə 1 milyon vəsait xərclənəcək
21 Oktyabr 2024 Ölkəmizdə kərə yağı kəskin bahalaşdı
18 Oktyabr 2024 Nazirlik açıqladı: Yaxın 4 ildə əhalinin gəlirləri...
11 Oktyabr 2024 Müştərilər bu bankdan pullarını geri götürür
11 Oktyabr 2024 Unibank üçüncü rübün maliyyə nəticələrini açıqlayıb
11 Oktyabr 2024 Satışdakı keyfiyyətsiz yağlar HANSILARDIR? – MÜHÜM AÇIQLAMA
10 Oktyabr 2024 Pensiya alanlara şad xəbər
09 Oktyabr 2024 Onların pensiyası bu halda avtomatik dayandırılacaq
07 Oktyabr 2024 Bakı COP29-la bağlı bu xərcləri də üzərinə götürür
07 Oktyabr 2024 Maliyyə piramidası TƏLƏSİ: Minlərlə insanı necə tora salırlar? - VİDEO
03 Oktyabr 2024 Onlara maaşının 6 misli məbləğində müavinət veriləcək
23 Sentyabr 2024 5 yaşadək uşaqlara 150 manat verilsin!
19 Sentyabr 2024 Azərbaycanda təmizlik vasitələri bahalaşdı - VİDEO
19 Sentyabr 2024 İran iqtisadiyyatı iki dəfə kiçilib
19 Sentyabr 2024 Ölkəmizdə yağ niyə kəskin bahalaşdı?
19 Sentyabr 2024 Kredit ödəyəndə diqqət edin: “MilliÖn” faiz tutur
19 Sentyabr 2024 Bu yağlar kəskin bahalaşdı
18 Sentyabr 2024 Azərbaycanda orta aylıq maaş 1326 manat olacaq
18 Sentyabr 2024 Ətin kəskin şəkildə bahalaşmasının səbəbi - Video
13 Sentyabr 2024 Rusiya pul siyasətini sərtləşdirir: faizlər artdı
12 Sentyabr 2024 Kərə yağının bahalaşmasının səbəbi - Video
11 Sentyabr 2024 Yaşa görə müavinət alanlara sevindirici xəbər
10 Sentyabr 2024 AMB-nin “Nağd pul ofisi” fəaliyyətini dayandırır