Azərbaycanın “ADY Konteyner” və Avstriyanın “Rail Cargo Group” şirkətləri malları Çin/Mərkəzi Asiya-Avropa istiqamətində və əks istiqamətdə daşınması üçün vahid logistik məhsul təqdim edəcək.
Axar.az xəbər verir ki, bunu “Railfreight” portalına müsahibəsində “ADY Konteyner” MMC-nin direktoru Natiq Cəfərov deyib.
Onun sözlərinə görə, “ADY Konteyner” və “Rail Cargo Group” arasında imzalanan memorandum çərçivəsində “ADY Konteyner” Avropadan Mərkəzi Asiya və Çin sərhədlərinə qədər yük daşıyacaq:
"Yüklər “TITR” konsorsiyumu adından Bakı-Tiflis-Qars dəmir yolu ilə Bolqarıstan-Türkiyə sərhəd-keçid məntəqəsi olan Kapıkuledən, həmçinin Rumıniyanın Konstansa limanından Gürcüstanın Poti və Batumi limanları vasitəsilə daşınacaq.
Almaniyanın “Metrans" və Polşanın "TE Bahnoperator" ilə əməkdaşlıq çərçivəsində biz Bakı-Tiflis-Qars xətti və Konstanta-Poti/Batumi istiqamətində yükdaşımaları həyata keçirəcəyik".
N.Cəfərov bildirib ki, "Metrans"ın təmin etdiyi vaqon platformaları, Avropadan Qars stansiyasına qədər hərəkət edərək Avropa ilə fasiləsiz əlaqəni təmin edəcək: "TE Bahnoperator" ilə birliktə Çin-Avropa istiqamətinə fokuslanacağıq:
"Biz bu şirkətlə sınaq qatarının Çinin Kaşqar əyalətindən Qırğızıstan, Özbəkistan, Türkmənistan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan, Türkiyə və Avropa ölkələrindən keçməklə yeni marşrutla Avropaya hərəkətini müzakirə etdik”.